AZ

Rumıniya prezidenti Klaus İohannis istefa verdiyini açıqlayıb

Rumıniya prezidenti Klaus İohannis fevralın 12-də istefa vermək niyyətində olduğunu açıqlayıb.

“Bir neçə gündən sonra Rumıniya parlamenti məni vəzifədən uzaqlaşdırmaq üçün səs verə bilər ki, bu da böhrana səbəb olacaq. Bunun həm ölkə daxilində, həm də xaricdə təsiri olacaq.

“Hadisələrin mənfi inkişafının qarşısını almaq üçün mən prezident postunu tərk etmək qərarına gəlirəm”, o qeyd edib.

İohannis həmçinin parlament tərəfindən onun mümkün vəzifəsindən kənarlaşdırılmasının ölkənin beynəlxalq imicinə xələl gətirə biləcəyindən narahatlığını ifadə edib. O, 2014-cü ildən prezident vəzifəsini icra edir.

Rumıniyada prezident seçkilərinin birinci turu noyabrın 24-də keçirilib. Səsvermənin lideri müstəqil namizəd Kalin Georgesku (22,95%), ikinci yerdə sağ mərkəzçi “Rumıniyanı xilas et” partiyasının nümayəndəsi Yelena Laskoni (19,18%) olub. İkinci turun dekabrın 8-də keçirilməsi nəzərdə tutulmuşdu.

Əziz Mustafa, Oxuməni.az

Seçilən
10
oxumeni.az

1Mənbələr