AZ

Tramp: Putin Ukrayna ilə bağlı danışıqları istəyir...

ABŞ prezidenti Donald Tramp həm özünün, həm də Rusiya prezidenti Vladimir Putinin Ukraynadakı vəziyyətin nizamlanması üçün razılığın əldə olunmasında maraqlı olduqları barədə fikir bildirib...

Poliqon xəbər verir ki, ABŞ prezidenti bu barədə Ağ Evdə jurnalistlərlə görüşü zamanı bildirib.

Jurnalistlər Trampdan Rusiya lideri ilə görüşmək üçün danışıqların olub-olmadığını soruşduqda, Tramp danışıqların təfərrüatlarını açıqlaya bilməyəcəyini deyib.

“Sizə nə danışdığımı deyə bilmərəm, amma biz qrup səviyyəsində danışıqlar aparırıq. Düşünürəm ki, Putin razılaşmaq istərdi, lakin tanqoya iki nəfər lazımdır”, deyə prezident qeyd edib.

Bununla yanaşı, Tramp Putinlə birbaşa əlaqə saxlayıb-saxlamaması sualına birbaşa cavab verməkdən yayınıb.

“Mən təfərrüatlara varmaq istəmirəm. Xeyr, bu barədə danışmaq istəmirəm, heç bir xeyri olmayacaq. Amma biz həqiqətən də bu mümkün olarsa, razılaşma əldə etməyə sadiqik”, deyə ABŞ prezidenti əlavə edib.

Qeyd edək ki, fevralın 8-də Tramp “New York Post” qəzetinə Ukrayna münaqişəsini müzakirə etmək üçün Rusiya lideri Vladimir Putinlə telefonla danışdığını bildirib. Ağ Ev rəhbəri döyüşlərə son qoymaq üçün "konkret plan"ının olduğunu və tezliklə nizamlanmaya ümid etdiyini qeyd edib.

Poliqon.info

Seçilən
3
poliqon.info

1Mənbələr