AZ

Yeniyetmələrin atəşfəşanlıq etməsi nəticəsində...

Leninqrad vilayətində 20 yaşlı gənc yeniyetmələrin hərəkəti nəticəsində xəsarət alıb. 

News24.az bildirir ki, bu barədə Rusiya Federasiyası İstintaq Komitəsinin İnformasiya Mərkəzi məlumat yayıb. Yerli media və sosial şəbəkə istifadəçilərinin məlumatına görə, azyaşlılar ictimai yerə gələrək atəşfəşanlıq etməyə başlayıblar.

Nəticədə zərərçəkmiş termiki yanıqlar alıb və gözü zədələnib.

Müstəntiqlər hadisə ilə bağlı araşdırma aparır.

Zəhraxanım Şeydayeva


Seçilən
7
news24.az

1Mənbələr