Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin çöl-ölçmə avadanlıqlarının alınması ilə bağlı elan etdiyi tender ləğv olunub.
Pravda.az-ın xəbərinə görə, qərarı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti qəbul edib.
Ləğvedilmə səbəbi açıqlanmayıb.
Tenderin ümumi dəyəri 124 608 AZN olub.
Cabir Həsənov
Tarix: 11 Fevral 2025, 08:05