AZ

“Tanqoya iki nəfər lazımdır” - Trampdan mesaj

ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırıb.

“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, sualların çoxu Ukrayna münaqişəsinin həlli ilə bağlı olub.

O bildirib ki, hazırda qruplar səviyyəsində danışıqlar aparılır. Trampın sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin Ukrayna ilə bağlı razılaşma əldə etmək istəyir. Lakin Amerika lideri vurğulayıb ki, “tanqoya iki nəfər lazımdır”.

Eyni zamanda, Tramp Putinlə birbaşa əlaqə saxlayıb-saxlamaması ilə bağlı suala birbaşa cavab verməkdən imtina edib: “Mən bu barədə danışmaq istəmirəm”.

Seçilən
17
4
qafqazinfo.az

5Mənbələr