AZ

Bred Pitt "Formula 1" filminə çəkilib - Fotolar

Bred

Kino ulduzu Bred Pitt tezliklə ekranlara çıxacaq "Formula 1" filmində böyük peşəkarlıq nümayiş etdirən, həmçinin çox hikkəylə, sürətlə avtomobil sürməyi bacaran bir idmançı rolunda çəkilib. Film həm də "Apogey" adlanır.

Reyting.az
-ın məlumatına görə, "Warner Bros.Studios" Hollivudun ulduz aktyoru Bred Pittin baş rolda oynadığı möhtəşəm "Formula 1" avtomobil yarışı dramının yeni tizerini yayımlayıb. Bu cür mövzulara yaxşı bələd olan və belə sürət avtomobilləri haqqında çox bilən rejissor Cozef Kosinskinin rejissoru olduğu ekran əsəri iyunun 25-də nümayiş olunacaq.

Yeni ekran əsərində Bred Pitt idmançı kimi təqaüdə çıxmış müstəsna istedadlı yarış sürücüsü rolunu oynayır. Bununla belə, baş qəhrəman yeni gələnə (bu rolu isə Demson İdris canlandırıb) öz təcrübə və bacarığını, bildiyini öyrətməkdən ötrü "Formula 1"-ə qayıtmaq şansı əldə edir. Bu zaman Pittin qəhrəmanı anlayır ki, o, yenidən yarış meydanına gəlməklə, həm də daxilində hansısa reallaşdırılmamış potensialı inkişaf etdirə bilsin.




Oqtay QORÇU
Seçilən
8
reyting.az

1Mənbələr