AZ

“Amerikanın səsi” və “Azadlıq radiosu” ölkəmizə qarşı qərəzli yanaşma sərgiləyib-EKSPERT » AzadMedia.az

Son günlər amerikalı milyarder Elon Mask açıqlamaları ilə diqqət çəkir. USAID-ın ardınca, “Amerikanın səsi” və “Azadlıq radiosu” barədə fikirlər səsləndirib. Onun sözlərinə görə, adıçəkilən media resursları bağlanmalıdır.

Mətbuat Şurası İdarə Heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərli AzadMedia.az-a açıqlamasında bildirib ki, adıçəkilən media resurslarının əməllərindəki korrupsiya halları ənənəyə çevrilib.

“Həmin media qurumları izafi xərclərin mənimsənilməsinə aludə olublarsa deməli onlar bir mənbədən bu işləri görmürlər. Uzun müddətdir onlarla bağlı açıqlamalarda həmin elementləri görürük. Məsələn, bunlar təkcə USAID-dən deyil, erməni diaspor təşkilatlarından da böyük vəsaitlər alırlar. Konkret olaraq bu media subyektləri Azərbaycana qarşı əks təbliğatlar aparıblar. Biz bu cür halları sonuncu dəfə ötən ilin noyabrında ölkəmizdə keçirilən COP29 ərəfəsində görmüşük. Hətta sübuta yetirildi ki, Bakıda saxlanılan və istintaqı davam edən R.Vardanyanla çox yaxın münasibəltəri var. Onun himayəsində olan fondlardan da böyük vəsaitlər alaraq ölkəmizə qarşı işlər görüblər. Pul, rüşvət hədiyyələr alaraq müxtəlif ölkələrə qarşı bu cür yarıtmaz kampaniyalar həyata keçiriblər. Elon Maskın da dediyi kimi, bunlar nəyə görə mövcuddurlar?! Guya ayrı-ayrı ölkələrdə demokratiya, söz yoxdur və bunlar da həmin ölkələrin müdafiəçiləri kimi müxtəlif platformalarda çıxış edirlər. Əslində isə bütün bunlar yalandır”.

Qeyd edək ki, Amerika kimi nəhəng dövlətin dünya nizmaına təsir göstıərməsi o demək deyil ki, Qeyd edək ki, “Azadlıq radiosu” və “Amerikanın səsi” bir sıra digər media orqanları kimi ABŞ hökuməti tərəfindən maliyyələşdirilir və ABŞ Qlobal Media Agentliyi tərəfindən idarə olunur.

Seçilən
13
1
azadmedia.az

2Mənbələr