AZ

RUSİYA UKRAYNA İLƏ DANIŞIQLARA HAZIRDIR, AMMA...

Nəhayət, Rusiyanın Ukrayna üzrə danışıqlara hazır olması rəsmən təsdiqlənib...

Tezadlar.az "Ria Novosti"yə istinadla xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Diplomatlar Gününə həsr olunmuş iclasda çıxışı zamanı bildirilib. Sitat: "Prezident Vladimir Putinin dəfələrlə bu barədə dediyi kimi, Rusiya danışıqlara hazırdır. Danışıqlar zamanı bizim qanuni milli maraqlarımız təmin edilməlidir. Bu maraqlar başqalarının maraqları bahasına deyil, heç kimin zərər görməyəcəyi hərtərəfli təhlükəsizlik sistemi haqqında saziş kontekstində təmin olunmalıdır", - Lavrov söyləyib.

Lavrov əlavə edib ki, yalnız münaqişənin köklü səbəblərinin tam şəkildə aradan qaldırılması onun sona çatmasına yol aça bilər. Bu isə şübhəsiz ki, Ukraynanın NATO- ya yolunun birdəfəlik bağlanmasını şərtləndirən məsələdir. "Ukrayna rəhbərliyi buna qəti söz verməlidir!" - Rusiya mediası belə yazır...

A.Məmmədli

Seçilən
6
tezadlar.az

1Mənbələr