Xəbər verdiyimiz kimi, Ermənistanın baş naziri Nikol Paşinyan Fransada səfərdədir. Adıçəkilən ölkənin prezidenti Emmanuel Makronla görüşüb. Onlar Ermənistan-Azərbaycan danışıqlar prosesini və ikitərəfli münasibətləri müzakirə ediblər.
Ermənistan hökumətinin yaydığı məlumata görə, Makron Ermənistan və Fransa arasında çoxsahəli əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb və Fransanın Ermənistanın inkişafı və sabitliyinə dəstəyini bir daha təsdiqləyib.
Paşinyan qeyd edib ki, 2024-cü il Ermənistan və Fransa arasında münasibətlərdə son dərəcə dinamik il olub. Onun sözlərinə görə, hazırda Ermənistanla Fransa arasında münasibətlər yeni səviyyəyə yüksəlib.
Siyasi şərhçi Amid Əliyev AzadMedia.az-a açıqlamasında deyib ki, Fransanın Ermənistan alətindən istifadə etməklə regionda gərginlik yaratması hamıya bəllidir. Budəfəki görüşdə də belə çirkin planların cızıldığı istisna edilmir:
“Ermənistanda yerləşdirilən Avropa İttifaqının müşahidə missiyası 2027-ci ilə qədər uzadılıb. Masada olan əsas məsələlərdən biri də budur. Heç şübhəsiz ki, bunun da əsas təşkilatçılarından biri Fransanın siyasi hakimiyyətidir. Eləcə də, həmin missiyanın tərkibində olan Fransa xüsusi xidmət orqanlarının keçmiş əməkdaşları da var. Bu da mühüm məsələdir. Son günlər Paşinyan başda olmaqla, Ermənistan siyasi hakimiyyəti yeni erməni ideologiyasının qurulması üzərində işləyir”
Qeyd edək ki, Paşinyan Parisdə iki günlük işgüzar səfərdədir və burada süni intellektlə bağlı sammitdə iştirak edəcək.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta