![Vaşinqton](/uploads/posts/2025-02/ab-dm.png)
ABŞ lideri Donald Tramp andiçmə mərasimindən sonra çinli həmkarı ilə danışdığını deyib.
Reyting.az xarici KİV-ə istinadla xəbər verir ki, D. Tramp bu barədə “Fox News”-a müsahibəsində bildirib.
O, andiçmə mərasimindən sonra ÇXR Dövlət sədri Si Cin Pinlə danışdığını açıqlayıb. “Bəli, mən onunla danışmışam”, - deyən Amerika liderinin sözlərinə görə, onun çinli həmkarı ilə “çox yaxşı şəxsi münasibətləri” var.
ELÇİN