AZ

Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri ölçmə avadanlıqları ala bilmədi

“Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin çöl-ölçmə avadanlıqlarının alınması ilə bağlı elan etdiyi tender ləğv edilib.

 

Pravda.az-ın xəbərinə görə, qərarı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti qəbul edib.

 

Ləğvedilmənin səbəbi açıqlanmayıb.

 

Tenderin ümumi dəyəri 53 336 AZN olub.

 

Cabir Həsənov

Tarix: 11 Fevral 2025, 08:45   
Seçilən
6
1
pravda.az

2Mənbələr