AZ

Yeni “Niva” belə olacaq - FOTO

“AvtoVAZ” şirkəti “Lada Niva Travel” yolsuzluq avtomobilinin (SUV) yeni mühərrik və dəyişdirilmiş xarici görünüşə malik versiyasını təqdim edib.

Avtosfer.az xəbər verir ki, bu barədə “Avtoqrad” məlumat yayıb.

imageBildirilir ki, “Lada Niva Travel” avtomobilinin yeni 90 at gücünə malik mühərrikli prototipi “VAZ” konveyerində yığılıb və yeni ön bamperlə təmin olunub.

Həmçinin qeyd olunub ki, SUV-un ön hissəsi vizual olaraq təqdim edilmiş elektrikli “Lada Niva Travel”ə bənzəyir.

 

Namiq Musayev

Seçilən
7
avtosfer.az

1Mənbələr