Fevralın 8-də Bakının Xəzər rayonu, Binə qəsəbəsi ərazisində ailə münasibətləri çərçivəsində dəhşətli qətl hadisəsi baş verib.
BAKU.WS-in əldə etdiyi məlumata görə, Binə qəsəbəsi 138-ci döngə, küçə 62 ünvanında yaşayan 48 yaşlı Lamiyə Məməddova qətlə yetirilib. Bildirilir ki, qadın namaz qıldığı yerdə öldürüb.
Hadisəni qadının həyat yoldaşı 46 yaşlı Ramil Məmmədovun törətdiyi deyilir.
Bildirilir ki, o, qadının dəmir əşya ilə başından bir neçə dəfə vurub. Daha sonra barmaqlarını sındırıb. Bundan sonra qadını boğub. Meyidin belində də barmaq izlərinin olduğu müəyyənləşib.
Hadisədən sonra Ramil Məmmədov qaçıb. Hazırda qətldə şübhəli bilinən Ramil Məmmədovun axtarışları davam edir.
Hüquq mühafizə orqanlarından BAKU.WS-ə hadisəni təsdiqləyiblər və qaçan şəxsin hələlik tapılmadığı bildirilib.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.