AZ

Türkiyədə Egey dənizində baş verən zəlzələlər fonunda sunamiyə hazırlaşmağa başlayıblar



Türkiyənin Fəlakət və Fövqəladə Hallar İdarəsi (AFAD) Egey dənizində baş verən silsilə zəlzələlər səbəbilə Bodrum bölgəsində vətəndaşları mümkün sunamilər barədə xəbərdar etmək üçün siren sistemi yerləşdirildiyini bildirib.NTV Haber-in məlumatına görə, müxtəlif vilayətlərdən AFAD qrupları Bodruma gəlib.


Qeyd olunur ki, Türkiyə hakimiyyəti yeraltı təkanların sayının artmasından çox narahatdır. Məsələn, fevralın 7-dən etibarən Egey dənizində maqnitudası 3-dən böyük olan zəlzələlərin sayı 761-ə çatıb.Siren sisteminin artıq yerləşdirildiyi dəqiqləşdirilir. Bu, dörd dinamiklə təchiz edilmiş mobil qurğudur. Onlar mümkün sunami və ya fövqəladə vəziyyət zamanı işə salınacaq.


Seferihisar, Didim və Datça sahil bölgələrində də vətəndaşları xəbərdar edən sistem quraşdırılıb.Fevralın 4-də Yunanıstanda baş verən güclü zəlzələlərdən sonra 9 mindən çox insanın Santorini adasını tərk etdiyi bildirilir.

aia.az
Tərcümə şöbəsi



Seçilən
17
aia.az

1Mənbələr