AZ

Əlişir Nəvainin Bakıdakı abidəsi ziyarət olunub

Dahi özbək şairi Əlişir Nəvainin anadan olmasının 584-cü ildönümü münasibətilə görkəmli söz ustadının Bakıdakı abidəsi ziyarət olunub vəədibin abidəsi önünə əklillər qoyularaq, gül dəstələri düzülüb. Tədbir Özbəkistanın Azərbaycandakı səfirliyinin təşkilatçılığıyla keçirilib.

Kulis.az xəbər verir ki, tədbirdə Özbəkistan və Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri, deputat Eldar İbrahimov, Azərbaycan Milli Məclisinin Mədəniyyət komitəsi sədrinin müavini, deputat Günay Əfəndiyeva, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəyli, alimlər, ədəbiyyatşünaslar, Bakı şəhər 53 nömrəli məktəbin rəhbərliyi və şagirdləri, eləcə də Azərbaycanda yaşayan özbək icmasının üzvləri iştirak ediblər.

Çıxışlarda Azərbaycan-Özbəkistan əlaqələrinin bütün sahələrdə uğurlu inkişafı xüsusi vurğulanıb, iki qardaş xalq arasındakı münasibətlər nəticəsində Türk dünyasına mühüm töhfələr verildiyi diqqətə çatdırılıb.

Seçilən
20
kulis.az

1Mənbələr