AZ

Azyaşlının bağçada döyülməsi ilə bağlı görüntüləri - DİN araşdırır - Video

“Qara Qarayev” metrostansiyası yaxınlığında yerləşən uşaq bağçalarından birində azyaşlının fiziki zorakılığa məruz qalması ilə bağlı görüntülər yayılıb.

“Qafqazinfo” xəbər verir ki, videonu bloqer Saleh Nəsirov öz sosial şəbəkə hesabında paylaşıb.

O qeyd edib ki, hadisə fevralın 6-sı saat 16:55-də baş verib. İddiaya görə, müəllim təhlükəsizlik kameralarının qarşısında uşaqlardan birinə əl qaldırıb.

DİN-in Mətbuat xidmətinin əməkdaşı, polis leytenantı Lumu İsrəfilli bildirib ki, görüntülərlə bağlı müvafiq polis orqanında araşdırma aparılır. Nəticəsi barədə məlumat veriləcək.

Həmin görüntüləri təqdim edirik:

Seçilən
18
5
qafqazinfo.az

6Mənbələr