AZ

Dünyanın ən qeyri-adi ölümləri- FOTOLAR

Bəzi insanlar öz diqqətsizlikləri və ehtiyatsızlıqları ucbatından həyatı olduqca absurd şəkildə tərk edirlər. Hamımız səhv edirik, lakin bu insanların səhvləri onların həyatları bahasına başa gəlir. AzPost dünyanın ən qeyri-adi ölümlərini təqdim edir:

Gülməkdən öldü

1975-ci ildə Alex Mitchell gülməkdən ölüb. O, 50 yaşında Britaniya komediya şousu “The Goodies”də gülərkən ürəyi dayanıb.

Təhlükəsizlik şüşəsi

1993-cü ildə Kanadanın Toronto şəhərində hüquqşünas Garry Hoy ziyarətçilərə ofisindəki şüşə pəncərələrin qırılmaz olduğunu nümayiş etdirməyə çalışıb. Bunu göstərmək üçün o, özünü 24-cü mərtəbədə yerləşən pəncərəyə çırpıb. Şüşə həqiqətən sınmasa da pəncərə çərçivədən çıxıb  və o yürə düşərək ölüb.

Atəşfəşanlıq

ABŞ sakini Devon Staples “Müstəqillik Günü”ndə bayramı qeyd etmək üçün içki içib və başının üstündən atəşfəşanlıq edib. Təəssüf ki, bu dəfə onun zarafatı baş tutmayıb. Fişənglər ona dəyərək öldüüb.

Kök suyu

1974-cü ildə Britaniya vətəndaşı Bazil Braun 10 gündə 37 litr kök şirəsi içib. Beləliklə, o, tövsiyə olunan dozadan 10 000 dəfə yüksək olan A vitamini dozasını qəbul edib və bu, qaraciyərin zədələnməsinə və vaxtından əvvəl ölümə səbəb olub.

Timsahla zarafat 

ABŞ-ın Texas ştatının sakini, 28 yaşlı Tommi Vudvord çayda “Üzmək qadağandır: Timsahlar” yazısına məhəl qoymayıb. O, nəinki suya tullanıb, həm də timsahla zarafat etməyə çalışıb. Timsah isə onu parçalayıb.

Öz ixtirası ilə öldü

1900-cü illərin əvvəllərində avstriyalı dərzi Frans Reyxelt paraşütlə tullanmanın banisi hesab olunu. 1912-ci ildə Reyxelt Eyfel qülləsindən tullanaraq yeni “paraşüt plaşını” sınaqdan keçirmək istəyərkən paraşüt açılmayıb və nəticədə ixtiraçı ölüb.

Viagranın həddindən artıq dozası

2009-cu ildə rusiyalı 28 yaşlı Sergey Tuqanov mərc qazanmaq üçün böyük dozada Viaqra qəbul edərək kişi potensialını nümayiş etdirmək qərarına gəlib. Tuqanovun iki rəfiqəsi onun 12 saat cinsi əlaqəyə girə bilməyəcəyinə dair mərc edib. O, mərcdə qalib gəlib 4300 dollar qazansa da infarktdan ölüb.

Həddindən artıq yeməkdən ölüm

Julien Offray de La Mettrie 16-cı əsrin məşhur fransız həkimi və filosofu olub. La Mettrie Fransanın Prussiyadakı səfirinin onun şərəfinə verdiyi təmtəraqlı ziyafətdəçox yediyi üçün mədə pozğulmasından ölüb.

Isadora Dunkanın yaylığı

Isadora Dunkan məşhur rəqqasə idi. 1927-ci il sentyabrın 14-də Fransada Dunkan üstü açıq maşın sürən zaman boynuna şərf dolanıb və o, təkərin arxa oxuna ilişib. Maşından kənara düşən qadının boynu sınaraq ölüb.

Xoruz döyüşü

ABŞ-ın Kaliforniya ştatının sakini, 35 yaşlı Xose Luis Oçoa qanunsuz xoruz döyüşünün pərəstişkarı olub. 2001-ci ildə belə bir döyüş zamanı onun xoruzu caynağı kişinin ayağına batıb. Hadisədən iki saat sonra Oçoa xəstəxanaya getmək qərarına gəlsə də, qanaxmadan ölüb.

Kişi mübahisəsi

1995-ci ildə polşalı fermer Kristof Asinski dostları ilə sərxoş olub və “kişilik” yarışında iştirak etmək qərarına gəlib. Əvvəlcə iştirakçılar donmuş çuğundur ilə bir-birinin başına vursalar da, bu kifayət etməyib. Asinskinin dostlarından biri mişarla ayağının bir hissəsini kəsib. Azinski təslim olmamaq üçün  başını kəsərək ölüb.

Seçilən
3
azpost.info

1Mənbələr