AZ

İran İrəvandakı məscidin spirtli içkilər hazırlanan məkana çevrildiyini görmür?

Azər Badamov: “Axı məscidlər yalnız Azərbaycan deyil,  bütün İslam dünyası üçün müqəddəsdir...”

 

Məlum olduğu kimi, ermənilər İrəvandakı Təpəbaşı məscidini spirtli içkilərin hazırlandığı sexə çevirib.

 

Mövzu ilə bağlı Moderator.az-a açıqlama verən millət vəkili Azər Badamov, bunu Ermənistanın başqa xalqların dininə, mədəniyyətinə düşmən münasibətilə izah edib:

 

“Ermənilər hər zaman İslam dini abidələrinə, azərbaycanlıların mədəniyyət nümunələrinə qarşı vəhşilik etmiş və bu gün də davam etdirməkdədirlər. 90-cı illərdə torpaqlarımızın işğalı zamanı 65 məscid dağıdılmış, iki məsciddə donuz saxlayaraq təhqir etmişdilər. Həm də Qərbi Azərbaycanda və İrəvanda azərbaycanlıların yaşadıqları əraziləri məhv etmiş, dini və mədəni abidələri dağıdaraq təhqir etmişdilər.

 

Ermənilər bu gün də İrəvanda azərbaycanlıların yaşadıqları məhəllələri dağıdaraq bu yerlərin tarixini dəyişdirməkdədirlər. Təpəbaşı məscidini spirtli içkilərin hazırlandığı sexə çevirməklə özlərinin İslam dininə olan düşmənçiliyinin nümayişini davam etdirməkdədirlər.

 

Ermənilər uzun illərdir ki, azərbaycanlılara qarşı düşmənçiliyi davam etdirirlər. Bu gün də harda fürsət varsa, həmin fürsətdən də öz düşmənçiliklərinin nümayişi üçün istifadə edirlər. Amma burda maraqlı bir məqam ondan ibarətdir ki, məscid ancaq azərbaycanlıların müqəddəs yeri deyil. Məscidlər İslam dininin müəqdddəs yerləri hesablanır. Belə olan halda İrəvanda məscidin spirtli içkilərin hazırlandığı sexə çevrilməsini din qardaşlarımız olan İran görmürmü?

 

Bəli, burdan bir nəticə çıxartmaq olar ki, İslam dininin müqəddəs ibadət yerləri bütün müsəlmanlar üçün eyni deyil. Ona görə də ermənilər heç nədən çəkinməyərək məsciddə spirtli içkilər istehsal etməklə islam dinini təhqir etməkdə davam edirlər”.

 

Seymur ƏLİYEV

Seçilən
4
moderator.az

1Mənbələr