AZ

"Real Madrid"də daha bir zədə şoku

"Real Madrid"in ispaniyalı müdafiəçisi Lukas Vaskes zədələnib. 

Fanat.Az xəbər verir ki, məlumatı klubun mətbuat xidməti yayıb.

Bildirilib ki, 33 yaşlı Vaskes İspaniya Primerasının 23-cü turunun "Atletiko Madrid"ə qarşı oyunu zamanı diz nahiyəsindən zədə alıb. Müdafiəçinin nə vaxt sıraya dönəcəyi müayinənin dəqiq nəticələrindən sonra bəlli olacaq. Dəqiq olan odur ki, "Real Madrid" onu İngiltərənin "Mançester Siti" klubu ilə Çempionlar Liqası matçı üçün heyətdən çıxarıb.

Lukas Vaskes bu mövsüm "Real Madrid"in heyətində 30 oyun keçirib, 2 qol vurub və 5 məhsuldar ötürmə edib.

Xatırladaq ki, "Real Madrid"də Danel Karvahal, David Alaba, Antonio Rudiger və Eder Militao da zədəlidir.

Mirağa

Seçilən
0
1
fanat.az

2Mənbələr