AZ

Qonaq gəldiyi evin qarşısında yolu kəsən sürücüdən ağlasığmaz hərəkət- VİDEO

Xırdalanda sürücünün ağlasığmaz hərəkəti anbaan kameraya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə Sarı Aşıq küçəsində qeydə alınıb.

Belə ki, 90-YH-612 dövlət nömrə nişanlı "BAİC" markalı avtomobilin sürücüsü nəqliyyat vasitəsini yolun tam ortasında saxlayaraq hərəkəti məhdudlaşdırıb. Əvvəlcə bu qeyri-adi dayanmanın səbəbi ətrafdakı insanlara aydın olmasa da, sonradan məlum olub ki, sürücü qonaq gəldiyi evin sahibi ilə sağollaşmaq üçün dayanıb. Görüntünü qeydə alan sürücü işıq və səs siqnalları ilə etirazını bildirdikdən sonra, o, hərəkətə başlayaraq yoldə hərəkəti bərpa edib.

 

Fərid

Seçilən
4
avtosfer.az

1Mənbələr