AZ

Ankarada 38 nəfər saxta spirtli içkidən öldü

Türkiyənin paytaxtı Ankarada saxta spirtli içkidən ölənlərin sayı 38-ə yüksəlib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, tibb müəssisələrinin reanimasiya şöbələrində 32 nəfər müalicə alır, daha 33 nəfər xəstəxanadan evə buraxılıb.

Ankara məhkəməsinin qərarı ilə saxta alkoqollu içkilərin istehsalında ittiham olunan 19 nəfər həbs edilib.

Qeyd edək ki, daha öncə İstanbulda saxta spirtli içkilərdən 70 nəfər ölüb.

Seçilən
8
7
bakivaxti.az

10Mənbələr