Azərbaycanda 2024-25 mövsümünün qış “transfer pəncərəsi” bağlanıb.
Msport.az xəbər verir ki, yanvarın 14-də açılan transfer dönəmi artıq başa çatıb.
Klubların son transferləri reallaşdırmaq üçün dünən saat 23:59-dək vaxtları olub. Bundan sonra komandalar yalnız azad agent statusu daşıyanlarla güclənə bilər.