İkiqat dünya çempionu Azərbaycan millisinin heyətindən kənarlaşdırıldı — SƏBƏB
İkiqat dünya çempionu Mixail Malkin Bakıdakı Dünya Kubokunda iştirak etməyəcək
Azərbaycan millisinin liderinin adı ilkin siyahıda olsa da, püşkatmadan sonra heyətdən çıxarılıb.
Buna səbəb gimnastın ayaq zədəsi almasıdır.
Milli Gimnastika Arenasında keçiriləcək turnirdə tamblinq üzrə Azərbaycanı Adil Hacızadə və Tofiq Əliyev təmsil edəcək. Batut gimnastikası yarışlarında isə Səlcan Məqsudova, Əli Niftəliyev, Nicat Mirzəyev, Mehdi Əliyev və Şəfiqə Qumbatova mübarizə aparacaqlar.