AZ

Ötən il Gürcüstandan Azərbaycana səfərlərin

Bu barədə Gürcüstanın Statistika Xidmətinin məlumatında bildirilir.

News365.az xəbər verir ki, Gürcüstan rezidentləri xarici ölkələrə ümumilikdə 2,8 milyon səfər həyata keçirib ki, bu da illik 1,4 % azalma deməkdir. Lakin Azərbaycana edilən səfərlərin sayı 11 % artaraq 50 minə çatıb.

Ölkələr üzrə ən çox səfər Türkiyə (871 min) və Rusiyaya (425 min) olub.

Gürcüstan rezidentlərinin əsas səfər səbəbləri dostları və qohumları ziyarət (33,4 %), alış-veriş (33,1 %), istirahət və turizm (18,6 %), iş və iqtisadi fəaliyyət (10,4 %), müalicə və sağlamlıqdır (2,2 %).

2024-cü ildə Gürcüstan vətəndaşlarının xaricdə xərclədiyi ümumi məbləğ 2,3 milyard lari təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 11,3 % artım deməkdir. Bir səfər üçün orta xərc 1,008 lari olub.

Azərbaycan Gürcüstan vətəndaşları üçün həm turizm, həm də ticarət baxımından mühüm istiqamətlərdən biri olaraq qalmaqdadır.

Seçilən
33
9
news365.az

10Mənbələr