AZ

Bu gün “Qadınlar və qızlar elmdə” Beynəlxalq Günüdür

Image

Bu gün “Qadınlar və qızlar elmdə” Beynəlxalq Günüdür. Bu əlamətdar gün 2025-ci ildə “STEM sahəsində karyera imkanlarının üzə çıxarılması: elmdə qadının səsi” mövzusuna həsr edilib. Bu il, eyni zamanda, “Qadınlar və qızlar elmdə” Beynəlxalq Gününün təsis olunmasının 10-cu ildönümüdür. BMT Baş Assambleyasının 2015-ci il 22 dekabr tarixli qətnaməsinə əsasən qeyd edilən bu gün qadınların və qızların elm və texnologiyadakı rolunun vacibliyini vurğulayır.

UNESCO-nun məlumatına görə, ali təhsildə STEM sahəsində tələbələrin 35 faizindən bir qədər çoxu qadınlardır. İqlim dəyişikliyi, insan sağlamlığı problemləri və süni intellektin sürətli inkişafı kimi qlobal çağırışların olduğu dünyanın daha çox elmi biliyə ehtiyacı var və elmin daha çox qadına ehtiyacı var.

Mətləb






Seçilən
4
baki-xeber.com

1Mənbələr