AZ

Dünyanın ən yaxşı CEO-ları açıqlanıb ? Top 5-lik

Amerikanın İT nəhəngi ?Microsoft Corp?un baş icraçı direktoru Satya Nadela ?Brand Finance? tərəfindən dərc edilən dünyanın ən yaxşı 100 CEO-su reytinqində birinci yeri tutub.

İkinci sırada ?Apple Inc.?in rəhbəri Tim Kuk yer alıb.

Daha əvvəl məlum olduğu kimi, ?Apple? 574.5 milyard dollar dəyərlə dünyanın ən bahalı brendi olub. İkinci yerdə 461.1 qiymətləndirmə ilə ?Microsoft? qərarlaşıb.

Dünyanın ən yaxşı CEO-ları reytinqinin ilk beşliyinə həmçinin ?Nvidia Corp.?un rəhbəri Jensen Huang, ?Ferrari N.V.?in rəhbəri Benedetto Vinya və ?Google?un rəhbəri Sundar Piçai daxildir.

İlon Mask siyahıda altıncı yeri tutur ? onun şirkəti ?Tesla?nın dəyəri il ərzində 15% azalıb. Qeyd edək ki, ən yaxşı 100 CEO arasında cəmi yeddi qadın var. Onlardan ən yüksək ? 19-cu yeri ?Chanel?in rəhbəri Lina Nair tutub.

Seçilən
2
banker.az

1Mənbələr