AZ

Tramp: Ukrayna bir gün Rusiyanın bir hissəsi ola bilər - ÖZƏL

Olaylar.az xəbər verir ki, ABŞ-nin keçmiş prezidenti Donald Tramp bildirib ki, Ukrayna amerikalı investorların vəsaitlərini qorumağa zəmanət verməlidir, çünki gələcəkdə Rusiyanın bir hissəsinə çevrilə bilər. Bu barədə Fox News yazır.

Tramp Ukraynanın nadir torpaq metallarına, neftə və qaza sahib olduğunu vurğulayaraq, bu sərvətlərin ABŞ üçün strateji əhəmiyyət daşıdığını bildirib. O, ABŞ-nin Ukraynaya yüz milyardlarla dollar ayırdığını və bu vəsaitlərin geri qaytarılmalı olduğunu qeyd edib.

Bundan əvvəl Tramp ABŞ-nin Ukraynaya maliyyə və hərbi yardım əvəzində nadir metallar üzrə təminat gözlədiyini demişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
7
olaylar.az

1Mənbələr