AZ

Qaz satışından milyardlarla dollar gələ bilər - Avropa bazarında qiymətlər yüksəlir

"Bu il üçün Azərbaycan büdcəsi proqnozlaşdırılarkən təbii qazın orta ixrac qiymətləri 1000 m3 üçün 242 dollardan proqnoz edilib. Hələlik ilin əvvəlindən qaz qiymətləri yüksəkdir".

"AzPolitika" xəbər verir ki, bu barədə neft-qaz sahəsi üzrə tanınmış ekspert İlham Şaban bildirib.

Ekspert xatırladır ki, Avropa bazarında 2025-ci ilin yanvarında qazın orta hərrac qiymətləri 517 dollar təşkil edib. Onun sözlərinə görə, ötən cümə isə Niderlandın qaz qovşağında təhvil verilməklə satılan mavi yanacaq 607 dollara qədər bahalaşıb: "Azərbaycan ixrac etdiyi qazın yarıdan çoxunu məhz Avropa bazarlarında realizə edir. Biz satdığımız qaza endirim etsək də onun qiyməti hərrac göstəricilərinə daha çox bağlıdır. Bu baxımdan, "Şahdəniz" konsorsiumundan Azərbaycanın dövlət büdcəsinə ödənişlər milyard manatı aşan göstərici üzərindədir və onun zirvə həddi hələ irəlidədir. Çünki şirkətlər qaz satışından əldə etdikləri mənfəətdən 25%-lik vergi ödəyirlər, şirkətlərin büdcəyə ödəmələri azalanda isə dövlətin mənfəəri artacaq. Yəni Dövlət Neft Fonduna ödənişlər bir neçə milyard dollar səviyyəsinə qədər yüksələ bilər".

"AzPolitika.info"

Seçilən
5
azpolitika.info

1Mənbələr