AZ

Arvadını qətlə yetirməkdə şübhəli bilinərək Gürcüstana qaçan şəxs saxlanılıb, ekstradisiya olunacaq

Bakıda arvadını qətlə yetirməkdə təqsirləndirilən və Gürcüstana qaçan şəxs saxlanılıb...

Bu barədə Poliqon-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, fevralın 8-də saat 23 radələrində Xəzər rayonu Binə qəsəbəsində evlərin birində 1976-cı il təvəllüdlü Lamiyə Məmmədovanın küt alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

Cinayət əməlini törətməkdə şübhəli bilinən qadının həyat yoldaşı, 1979-cu il təvəllüdlü Məmmədov Ramil Məhərrəm oğlu Gürcüstan Respublikasında saxlanılıb.

Onun Azərbaycana ekstradisiyası üçün tədbirlər görülür.

Poliqon.info

Seçilən
1
16
poliqon.info

10Mənbələr