AZ

Ukrayna Rusiyanın bu bölgələrinə PUA-lar göndərdi

Ötən gecə Ukrayna hərbçiləri Rusiyanın beş rayonuna onlarla pilotsuz uçuş aparatı göndərib.

Publika.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi öz Telegram kanalında bildirib.

Məlumata görə, ümumilikdə, ötən gecə Ukrayna silahlı qüvvələri 40 pilotsuz uçan aparatı işə salıb. Onların hamısı hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib.

“Ötən gecə növbətçi hava hücumundan müdafiə sistemləri Ukraynaya məxsus 40 PUA-nı ələ keçirib və məhv edib”, - məlumatda qeyd olunub.

Bildirilir ki, 18 pilotsuz təyyarə Saratov vilayəti ərazisi, 13-ü Rostov vilayəti, 6-sı Bryansk vilayəti, 2-si Volqoqrad vilayəti, 1-i Belqorod vilayəti üzərində vurulub.

Seçilən
4
publika.az

1Mənbələr