ABŞ prezidenti Donald Tramp bildirib ki, onun Qəzza zolağının yenidən qurulması planı fələstinlilərin bölgəyə qayıtma ehtimalını istisna edir.
Medianews.az Pravda.ru-ya istinadən xəbər verir ki, Tramp, fələstinlilərin geri qayıtmasına icazə verilməyəcəyini vurğulayıb.
O, həmçinin əlavə edib ki, fələstinlilər üçün yeni qəsəbələr tikməyi planlaşdırır.
Daha əvvəl Tramp bildirib ki, ABŞ Qəzza zolağına nəzarəti ələ keçirməyə hazırdır və Fələstin əhalisi, onun fikrincə, başqa bölgələrə köçürülməlidir.
Trampın təklifləri Türkiyə, Misir, Fələstin və bir sıra başqa ölkələrdə tənqid edilib. Türkiyə prezidenti Trampın təkliflərinin müzakirəyə layiq heç bir dəyəri olmadığını deyib.
Medianews.az