AZ

Azərbaycanda əfv gözlənilir

Əfv Komissiyasının növbəti iclasının vaxtı bəlli olub. Bu il Komissiyanın ilk iclasının fevralın 12-də keçiriləcəyi gözlənilir.

Tribunainfo.az xəbər verir ki, bu barədə “Xəzər Xəbər”ə Komissiyanın üzvü Əliməmməd Nuriyev məlumat verib.
Əfvin hansı məhkumlara tətbiq ediləcəyi məsələsinə gəldikdə isə, Komisiya üzvü bildirib ki, bununla bağlı qərar ölkə başçısının hüququları çərçivəsindədir. Lakin hər bir məhkum və ya onun ailə üzvü həbsdə olan şəxsin əfvdən yararlanması üçün müraciət edə bilər. Amma burada bir sıra meyarlar, o cümlədən məhkumun ailə vəziyyəti, dəyən ziyanın ödənilib-ödənilməməsi, səhhəti, digər tərəfdən həmin şəxsin azad edilməsinin cəmiyyətə necə təsir edəcəyi və digər məsələlər nəzərə alınır.

Qeyd edilib ki, indiyə kimi 70 əfv sərəncamı imzalanıb. Nəticədə 10 mindən çox şəxs sərəncamdan yararlana bilib. Bu il Komissiyaya edilən ilkin müraciətlərin sayı isə fevralın 12-də olan iclasdan sonra məlum olacaq.

Seçilən
3
5
tribunainfo.az

6Mənbələr