Misir, İordaniya , Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Qətər də daxil olmaqla, Yaxın Şərqin aparıcı dövlətləri ABŞ Prezidenti Donald Trampın Qəzza zolağından çıxarılması və fələstinli qaçqınların qonşu ölkələrə göndərilməsi planını rədd edib.
Redaktor.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.
“Yaxın Şərqin böyük dövlətləri Trampın planını rədd etdilər. Misir, İordaniya, Birləşmiş Ərəb Əmirlikləri və Qətər insanların köçürülməsini rədd edib, Fələstin Administrasiyası və HƏMAS isə Qəzzadan evakuasiyaya dəstək verməyəcəklərini bildiriblər ”, - nəşr qeyd edir.
Əlavə olaraq bildirilir ki, Yaxın Şərq güclərinin müqavimətinə baxmayaraq, Tramp bu ideyanı müzakirə etməyə davam etmək niyyətindədir. Xüsusilə, o, İordaniya kralı II Abdullah ilə qarşıdakı görüşdə bu məsələni qaldırmaq istəyir və onun Qəzza planına qarşı çıxan ölkələri yardımdan məhrum etməklə hədələyə bilər.
Türkan İSGƏNDƏRLİ