AZ

Premyer Liqa: Liderlə autsayderin dueli

Bu gün Azərbaycan Premyer Liqasında XXII tura yekun vurulacaq.

Msport.az xəbər verir ki, son gündə bir oyun keçiriləcək.

Çempionatın lideri “Qarabağ” sonuncu pillədə qərarlaşan “Səbail”i qəbul edəcək. Ağdamlılar qalibiyyət təqdirində liderliyini daha da möhkəmlədə bilər. Qəsəbə təmsilçisi qalib gələrsə, sonuncu pillədən qurtulacaq.

Hazırda “Qarabağ”ın 50, “Səbail”in isə 16 xalı var.

Qeyd edək ki, turun əvvəlki oyunlarında “Şamaxı” “Sumqayıt”ı (1:0), “Sabah” “Turan Tovuz”u (2:1), “Neftçi” “Zirə”ni (2:1) məğlub edib, “Araz-Naxçıvan”la “Kəpəz” qolsuz bərabərə qalıb.

 

Azərbaycan Premyer Liqası

XXII tur

11 fevral

19:00. “Qarabağ” – “Səbail”

Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Asiman Əzizli, Vüqar Həsənli.

VAR: İnqilab Məmmədov.

AVAR: Rahil Ramazanov.

Hakim-inspektor: Ömər Paşayev.

AFFA nümayəndəsi: Elçin Mehtiyev.

Tofiq Bəhramov adına Respublika stadionu

Seçilən
2
msport.az

1Mənbələr