Bakı-Sumqayıt yolunda manevr qaydasını pozan sürücü qəza şəraiti yaradıb. Avtosfer.az xəbər verir ki, hadisə fevralın 1-də, Beynəlxalq Avtovağzalın qarşısında baş verib.
Belə ki, 77-SC-317 qeydiyyat nişanlı "Ford" markalı avtomobilin sürücüsü sağ zolaqla hərəkət edən zaman qəfildən sol zolağa manevr edib. Bu zaman görüntünü qeydə alan sürücünü sıxışdıraraq ona qəza şəraiti yaradıb.
O, heç nə olmamış kimi yoluna davam edib. Manevr zamanı görüntünü qeydə alan avtomobillə toqquşacağı videogörüntüyə aydın şəkildə əks olunub.
Qeyd edək ki, əksər sürücülər bu yolda sol zolaqlarda sıxlığa düşməmək üçün bu üsula əl atırlar.
Fərid