1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Qaradağ rayonu, Lökbatan qəsəbəsi, "Qobu Park-2" yaşayış massivində içməli suyun verilişində fasilələr yaranıb.
Oxu.Az-a daxil olan məlumata görə, vəziyyət artıq üç gündür ki, davam edir.
Sakinlər qeyd edirlər ki, gün ərzində dörd-beş saat - təxminən saat 20:00-00:00 arasında içməli su verilir.
Səbəb kimi isə Səngəçal-Qaradağ magistral su xəttində qəzanın baş verdiyi göstərilir.
Məsələ ilə bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə (ADSEA) sorğu verilib.
Aytac Qasımova