Bakı, TurkicWorld
Mərakeşin şimalında yerləşən Kasir Əl Kebir şəhəri yaxınlığında 5,1 bal gücündə zəlzələ qeydə alınıb.
TurkicWorld AzerVoice -ə istinadən xəbər verir ki, Amerika Birləşmiş Ştatları Geoloji Xidməti (USGS) məlumatına görə, zəlzələ yerin təxminən 10 kilometr dərinliyində baş verib və episentri Kasir Əl Kebir şəhərinin şimal-şərqində yerləşib.
Zəlzələ paytaxt Rabat və Kasablanka kimi böyük şəhərlərdə də hiss edilib. Yerli vaxtla saat 23:48-də baş verən təkan Rabatda qısamüddətli panikaya səbəb olub.
Hələlik zəlzələnin zərəri və itkilərlə bağlı rəsmi məlumat yayımlanmayıb.