AZ

Azərbaycan nefti bahalaşıb

Bakı, TurkicWorld

İtaliyanın Augusta limanında Azərbaycanın "Azeri Light" markalı neftinin CIF bazisi üzrə qiyməti əvvəlki göstərici ilə müqayisədə 1,45 ABŞ dolları və ya 1,9% artaraq 77,87 dollar/barel təşkil edib.

Bu barədə TurkicWorld -ə neft bazarındakı mənbə məlumat verib.

Məlumata görə, Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı neftin bir barelinin qiyməti 1,39 dollar və ya 1,85% bahalaşaraq 76,51 dollar təşkil edib.

URALS markalı xam neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 1,36 dollar və ya 2,27% artaraq 61,04 dollar/barelə bərabər olub.

Şimal dənizində hasil edilən "Dated Brent" markalı neftin bir barelinin qiyməti əvvəlki göstəricidən 1,6 dollar və ya 2,14% artaraq 76,13 dollar/barel təşkil edib.

Fevralın 11-nə olan rəsmi məzənnə 1,7 AZN/1USD təşkil edir.

Azərbaycanın 2025-ci il üçün dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.

Seçilən
3
14
turkic.world

10Mənbələr