Türkmənlərin sıx yaşadığı İraqda türkmən dili yenidən rəsmi dil olaraq gündəmdə yerini aldı. Ölkənin Səlahəddin şəhərində türkmən dili rəsmi yazışmalarda üçüncü dil olaraq qəbul edildi.
Hafta.az-ın Türkməneli TV-yə istinadən yazdığına görə, Səlahəddin Əyalət Şurasının sədri Adil es-Sumeydei rəsmi yazışmalarda türkmən dilinin üçüncü dil olaraq qəbul edildiyini açıqlayıb.
Xatırladaq ki, İraq Nazirlər Şurası Kərkükdəki dövlət idarələrində yalnız ərəb və kürd dillərindən istifadəyə qərar verərək, türklərin tarixi yurdu Kərküklə bağlı qalmaqallı qərara imza atıb. Kərkükdə türklərə qadağa qoyulmasından sonra reaksiyalar artıb və İraq rəhbərliyi geri addım atmalı olub. Buna görə də türkmən dili 2023-cü ilin martında Kərkükdə rəsmi yazışma dili kimi qəbul edilib.