AZ

Gədəbəydə vəzifəli şəxsə müqavimət göstərən şəxsə cəza verildi

Gəncə Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurma, qanunsuz olaraq odlu silah saxlama, hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmdə təqsirləndirilən Elman Cəfərovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Natiq Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.


Məhkəmənin hökmü o, 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.


İttihama görə, hadisə 18 iyul 2021-ci il tarixdə saat 17 radələrində Gədəbəy rayonu, Şəkərbəy kəndindəki çayxanada qeydə alınıb.


Belə ki, Elman Cəfərov mübahisə zamanı həmkəndlisi zərərçəkmiş Elburus Hüseynovun sifət nahiyəsinə qəsdən yumruqla vuraraq ona xəsarət yetirib.


Bundan başqa, o, Gədəbəy RPŞ əməkdaşları tərəfindən saxlanılarkən odlu silahla müqavimət göstərib. Polis əməkdaşlarının çevikliyi nəticəsində silahlı müqavimət cəhdinin qarşısı alınıb.


Daha sonra Elman Cəfərovun yaşadığı evdən döyüş sursatları aşkar edilərək götürülüb.

 

Kamal Məmmədov 

Tarix: 11 Fevral 2025, 10:19   
Seçilən
5
pravda.az

1Mənbələr