AZ

Türkiyədə rus turistlərin bank kartları bloklanıb

Yazını böyüt
Yazını kiçilt

Türkiyəyə gələn rusiyalı turistlər bank kartlarının bloklanması ilə bağlı problemlərlə üzləşirlər. Rusiyanın Antalyadakı baş konsulu Sergey Vetrik Türkiyədə ödəniş sistemlərinin daim dəyişdiyini və turistlərin səyahət etməzdən əvvəl cari ödəmə üsulları haqqında turoperatorlardan məlumat almalı olduqlarını bildirib. Rəsmilər xüsusilə ABŞ sanksiyaları səbəbindən Rusiya kartları ilə ödənişin çətinləşdiyini və bəzi bankların bu kartları qəbul etmədiyini bildiriblər.

Hafta.az-ın yazdığına görə, Rusiyanın Ankaradakı səfiri Aleksey Yerxov da Amerika sanksiyalarının Türkiyədə bank kartları ilə ödənişlərdə ciddi problemlər yaratdığını təsdiqləyib. Yerxov, Türkiyəyə səyahət etməyi planlaşdıran Rusiya vətəndaşlarının mümkün ödəniş problemlərindən qaçmaq üçün əvvəlcədən alternativ ödəmə üsulları hazırlamalı və ya yanlarında kifayət qədər nağd pula sahib olmaları lazım olduğunu vurğulayıb.

Digər tərəfdən, Rusiya mətbuatında əksini tapan xəbərlərə görə, 2025-ci ilin yanvar ayında Türkiyədə kiçik əskinas qıtlığının yaşandığı bildirilib. 10, 20, 50 və 100 lirəlik əskinasların çatışmazlığı səbəbindən bankomatlardan nağd pul çıxarmaqda çətinliklər yaranıb. "Bir çox bankomatlar kiçik əskinasları qəbul etmədiyi üçün nağd pul qoyuluşlarında da problemlər yaranır. Bu, turistlər üçün əlavə maneə yaradır", - xəbərdə deyilir.

ABŞ-ın 21 noyabr 2024-cü ildə Qazprombank və onun altı xarici törəmə müəssisəsinə qarşı sanksiyalar tətbiq etməsindən sonra debet kartları ilə bağlı problemlər daha da artıb. Qazprombank sanksiyalardan sonra xaricdə UnionPay kartlarının istifadəsində ciddi problemlərin olacağını açıqlamışdı. Türkiyədə bu kartların istifadəsi tamamilə dayandırılıb. Mütəxəssislər, sanksiyaların təsirinin qarşıdakı dövrdə daha çox hiss oluna biləcəyini və rus turistlərin ödənişlə bağlı daha çox tədbir görməli olduğunu bildirirlər.

Seçilən
15
hafta.az

1Mənbələr