AZ

Yuxusuzluğa kömək edən məhsullar bunlardır

Yatmazdan əvvəl tünd şokolad yemək daha tez yuxuya getməyə kömək edə bilər.

Editor.az bu barədə “Mirror” qəzetində yer alan araşdırmaya istinadla yazır. Bildirilib ki, tünd şokoladın tərkibində triptofan amin turşusu var: ” Yuxu və əhval-ruhiyyəni tənzimləyən serotoninin səviyyəsini artırır. Qara şokoladda maqnezium və triptofan kimi yuxuya faydalı ola biləcək müxtəlif qidalar var. Maqnezium əzələləri rahatlaşdıran və sakitləşdirməyə kömək edən, yuxuya getməyi asanlaşdıran bir mineraldır”.

Yuxu probleminiz varsa, maqneziuma ehtiyacınız olduğunu və maqnezium almaq üçün tünd şokolad və ya avokado istehlak etməyiniz lazım olduğu bildirilib. Yuxuya getməyə kömək edən digər qidalar isə bunlardır: kivi, banan, kələm və humus.

Diyetoloq Alena Kapustina tünd şokoladın əhval-ruhiyyəni yaxşılaşdıra, qan təzyiqini aşağı sala və immunitet sistemini gücləndirə biləcəyini, lakin onun istehlakının sağlamlığa mənfi təsir göstərə biləcəyini söyləyib. Bu məhsul bəzi insanlarda qaşınma, qırtlağın şişməsi və anafilaktik şok şəklində allergik reaksiyaya səbəb olur. Tünd şokolad həmçinin yuxusuzluq, narahatlıq və ürək döyüntüsünün artmasına səbəb ola bilər.

//Gülnarə Abasova, Editor.az

Seçilən
6
editor.az

1Mənbələr