AZ

BMT: İİV-ə yoluxma halları 2029-cu ilə qədər arta bilər

BMT:

Birləşmiş Millətlər Təşkilatının VİİH/AIDS üzrə Birgə Proqramının (UNAIDS) baş direktoru Vinni Byanima bildirib ki, ABŞ-ın maliyyə dəstəyini dayandırması halında 2029-cu ilə qədər VİİH xəstəliyinin yayılması 6 dəfə arta bilər. “Ulusum”.az xəbər verir ki, bu barədə ABC News məlumat yayıb."Bu xəstəlikdə bir sıçrayış görəcəyik. Əgər ABŞ hökuməti fikrini dəyişməzsə və liderliyini saxlamazsa, bu milyonlarla insanın həyatına başa gələ bilər", – deyə Byanima bildirib.Onun sözlərinə görə, 2029-cu ilə qədər yeni VİİH-infeksiyasının sayı 8,7 milyona çatacaq. O, ABŞ prezidenti Donald Trampın administrasiyasından maliyyə dəstəyini qəfil dayandırmamağı xahiş etdiyini bildirib, çünki bu, Afrika ölkələrində "panikaya və çaşqınlığa" səbəb olub.Yanvarda ABŞ-ın Dövlət katibi Marko Rubio xarici ölkələrə verilən maliyyə yardımlarının əksərini dayandırmağı əmr edib. Bu qərar, əsasən Afrikada VİİH-lə mübarizə aparan insanları müayinədən keçirmək və müalicə etmək üçün ayrılan vəsaitləri ehtiva edən ABŞ-ın "AIDS-lə Mübarizə üzrə Fövqəladə Yardım Planı"nı da əhatə edib. Son illərdə bu proqram ildə təxminən 5 milyard dollar alırdı.Səidə

Diqqət Çəkənlər

Nazir: İran təhdidlər altında danışıqlarda iştirak etmir

Ərdoğan Azərbaycanla əhəmiyyətli sazişi təsdiqlədi

Pensiyalar artımla nə vaxtdan veriləcək?

Seçilən
4
ulusum.az

1Mənbələr