AZ

Yağmursuz, lakin çiskin və duman...

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata əsasən fevralın 11-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi şəhərətrafı ərazilərdə az çiskinli olacağı ehtimalı var.

Şimal-qərb küləyi əsəcək. Gecə 1° şaxtadan 2°-dək isti, gündüz 3-6° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 772 mm civə sütunu, nisbi rütubət 70-80 faiz olacaq. Azərbaycanın rayonlarında əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1-6° şaxta, gündüz 5-10° isti, dağlarda gecə 5-10°, yüksək dağlıq ərazilərdə 13-18°, gündüz 0-5° şaxta olacaq. Gecə və səhər bəzi dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var.

Q.QASIMOV
XQ

Seçilən
86
49
xalqqazeti.az

10Mənbələr