“Orta Sport” statistik portalı klubların cari mövsüm Çempionlar Liqasının qalibi olma ehtimalını dəyərləndirib.
QOL.az xəbər verir ki, portalın təxminlərinə əsasən, ÇL qazanmaq şansı ən yüksək olan komanda İngiltərə "Liverpul"udur - 24,6 faiz.
2-ci favorit 16,6 faizlə "Arsenal"dır. Mümkün qaliblər "3-lüy"ünü "İnter" tamamlayır - 14,5 faiz.
Qeyd edək ki, bu gün ÇL-də pley-off mərhələsi start götürəcək. Pley-offun qalibləri 1/8 finalda mübarizə aparacaqlar. 1/8 finalın püşkatma mərasimi isə fevralın 21-də olacaq. Bu mərhələnin ilk matçları 4-5 martda, cavab qarşılaşmaları isə 11-12 martda oynanılacaq.