Yunanıstanın PAOK klubunun 5 futbolçusu xoşagəlməz vəziyyətə düşüb.
Publika.az xəbər verir ki, futbolçular matçdan sonra dayanacaqda azarkeşlərlə toqquşublar. Məşqçilər korpusunun bəzi üzvləri və şəxsi heyət də azarkeşlərlə dava edib.
Polis cinayət işi açıb. Davada iştirak edən futbolçular 3 aya qədər həbs oluna bilərlər.
İstintaq davam edərkən, PAOK-un üzvləri on gün müddətinə futboldan uzaqlaşdırılsa da, Yunanıstan klubuna avrokuboklarda kömək edə bilər.