AZ

Azad olunan ərazilərdə STEAM layihəsinin tətbiqinin genişləndirilməsi nəzərdə tutulur

Azad olunan ərazilərdə STEAM layihəsinin tətbiqinin genişləndirilməsi nəzərdə tutulur.

"Report" xəbər verir ki, bunu "STEAM Azərbaycan" layihəsinin rəhbəri İqrar Nəzərov Qızlar və Qadınlar Elmdə Beynəlxalq Günü münasibətilə keçirilən tədbirdə deyib.

İ.Nəzərov fevralın 1-dən etibarən Şuşada 1 nömrəli məktəbin tərkibində STEAM layihəsinin tətbiqinə başlanıldığını da qeyd edib.

O xatırladıb ki, 2024-2025-ci tədris ilində STEAM Azərbaycan layihəsi 398 məktəbi, 252 min 711 şagirdi əhatə edib:

"STEAM təhsili alan şagirdlərin 47 faizi qız, 53-ü isə oğlandır. Bundan başqa, 21 STEAM mərkəzi, bir STEAM İnnovasiya mərkəzi fəaliyyət göstərir".

Layihə rəhbəri STEAM çərçivəsində qadınların rolundan da söz açıb:

"Məqsədimiz qadınların elmi innovativ təşviqi prosesinin gücləndirilməsidir. Beynəlxalq STEAM Azərbaycan festivalında 352 qadın iştirakçımız olmuşdu. Bu da qadınların elmdə rolunun nə qədər böyük olduğundan xəbər verir".

Seçilən
7
report.az

1Mənbələr