AZ

Milli komandalarımız Misirdə hazırlıq prosesinə başladı

Hazırda qadınlardan ibarət milli komandalarımız Misirin Hurqada şəhərində hazırlıq prosesi keçir.

Bu sözləri News24.az-a açıqlamasında çimərlik voleybolu üzrə milli komandaların meneceri Orxan Hüseynzadə deyib.

O.Hüseynzadə toplanışın böyük intensiv və bəlli plan üzrə getdiyini bildirib.

"Burda bizim üçün yaxşı şərait yaradılıb. Misirə 4 komanda ilə gəlmişik.  Fevralın 21-23 də Afrikanın 40 komandasının iştirak edəcəyi açıq turnidə iştirak edəcəyik. İdmançıların durumu çox yaxşıdır, zədəmiz yoxdur. Həm Azərbaycan Voleybol Federasiyası (AVF), həm də Gənclər və İdman Nazirliyi bizim üçün zəruri şərait yaradıb, idmançıların uğurlu mübarizəsi üçün bütün imkanlar var.

Kişilərdən ibarət yığmamız isə Latviyadadır və onlar fevralın 26-a kimi həmin ölkədə toplanış keçəcəklər. Kişilər seçməmiz Litva, Latviya və Estoniya yığmalarıyla birgə təlim-məşq toplanışı baş tutacaq. Bununla bərabər Latviya açıq çempionatında iştirak edəcəklər. Artıq fevralın 9-da uğurlu nəticə göstərmişik və Latviya çempionatının B divizion 2-ci yerə yüksəlib ki, bundan sonra onlar A dvizionunda çıxış edəcəklər", - deyə o bildirib.. 

AVF rəsmisi Azərbaycan voleybolunda çimərlik voleybolunun öz xüsusi yerinin olduğunu vurğulayıb:

"Göstərdiyimiz nəticələr onu deməyə əsas verir ki, bu idman növündə daha tərəqqiylə işləyirik. 2023-cü ildən bu yana ölkəmizə 3 Avropa çempionluq kuboku gətirmişik. U-18 və U-20 komandalarımız Avropada ilk 32-likdən – 24-cü yerdəyik. Bir vaxtlar bu siyahıda adımız yox idi, indi daha da irəli addımlayırıq. Qızlarımız isə 29-cu yerdəyik. Qarşımıza qoyulan məqsədimiz mövqelərimizi daha da yaxşılaşdırmaqdır. Beynəlxalq yarışlarda medallar qazanmaq və çimərlik voleybolunun maksimum inkişafına nail olmaqdır".

Ağa Dadaşzadə


Seçilən
12
news24.az

1Mənbələr