AZ

Dərmandan zəhərlənmə halları hansı hallarda baş verə bilər? - HƏKİM AÇIQLADI

“Tibbdə bir dərman intoksikasiyası var, yəni, dərmandan zəhərlənmə, bir də dərmana qarşı allergik reaksiyalar var. Allergik reaksiyalar bütün dərmanlardan ola bilər. Hər kəsdə olmasa da bir çox insanlarda bu çox rast gəlinən bir hadisədir”. Bu sözləri SİA-ya açıqlamasında həkim terapevt Sübhan Hacıyev deyib.

Onun sözlərinə görə, amma dərman zəhərlənməsi bir dərmanın sutkalıq terapevtik dozasının ciddi şəkildə aşılması nəticəsində baş verir: “Məsələn, bir tabletdən gündə 3 dəfə içilirsə, və yaxud da içilməlidirsə, burada dərman dozası aşılırsa, yəni, 1 tabletdən gündə 3 dəfə deyil və 1 tabletdən gündə 6-7 dəfə olursa təbii ki burada artıq dərman zəhərlənməsindən söhbət gedir və bu dərmanın molekulyar tərkibinə bağlı orqanizmə verdiyi təsirlər də fərqli olur”.

Sübhan Hacıyev sözlərinə belə davam edib: “Dərman zəhərlənmələri daha çox qaraciyər, böyrəkləri yüklədiyi üçün zədələyir, eyni zamanda beyin-qan dövranına da mənfi təsir göstərir.

Bu cür xəstələr ilk olaraq təcili tibbi yardım şöbələrinə müraciət etməlidirlər. Çünki bu cür xəstələrin mütləq şəkildə nə qəbul etdiklərinin antidiotları vurulmalıdır. Yəni, bir dərman istifadə olunub və ona tam əks təsir göstərən digər dərman istifadə olunmalıdır, mədə-bağırsaq traktı yuyulmalıdır və xəstələr yaxşı olar ki birbaşa toksikoloji mərkəzə müraciət etsinlər. Çünki bu cür xəstələrin ilk 24 saatdan bir neçə günə qədər xəstəxanada olmaları şərtdir”.

Ayşən Vəli

Seçilən
5
sia.az

1Mənbələr