AZ

BMT Yəməndə humanitar fəaliyyətləri DAYANDIRDI

BMT əməkdaşlarının husilər tərəfindən həbslərinin davam etməsi səbəbindən Yəməndə humanitar fəaliyyətləri dayandırır.

İnterpress.az xəbər verir ki, BMT-nin baş katibi Quterreş bu qərarı husilərin yanvarın sonlarında daha 8 BMT əməkdaşını saxlamasından sonra verib. O bildirib ki,  2021-ci ildən bu yana həbs olunanların ümumi sayı 24-ə çatıb.

Qeyd olunur ki, husilər dekabr ayında BMT ilə dünya agentliyinin əməkdaşlarının saxlanmasının dayandırılması və onları azadlığa buraxmaq üçün yol tapmaq üçün əldə edilmiş razılaşmanı pozublar.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
11
interpress.az

1Mənbələr